Sənətçilərin mənfi xüsusiyyətləri

Sənətçilərin mənfi xüsusiyyətləri

Efirdə gördüyümüz sənət adamları real həyatda olduqca fərqlidirlər.

 

Axşam.az sorğu apararaq onların özlərində bəyənmədikləri mənfi xüsusiyyətlərini öyrənib.

Xalq artisti Flora Kərimova – İşığı sevmirəm, çox qəddaram, inadcılam. Nəsə beynimə gəldisə, onu mütləq edəcəm. Mətbəxdə başdan ayağa qüsuram.

Şoumen Murad Dadaşov – Tənbələm, bədxərcəm, bəzən iradəsizəm. Tərs insanam, içimdə qəribə bir qibtə hissi var.

Əməkdar artist Tünzalə Ağayeva – Vasvasıyam, sadəlövhəm. Bir məkana və insana gec öyrəşirəm.

Müğənni Roya Ayxan – Bir işin sonuna kimi gedə bilmirəm, səbirsizəm. Çox qəlblər sındırmışam.

Aktyor Bəhram Bağırzadə – Çox sərtəm. Hər şeyi ürəyimə salıram. Simicəm, qara günüm üçün nəsə yığıram. Yaddaşım pozulub.

Müğənni Zamiq Hüseynov – Qısqancam… Dostlarımı da qısqanıram. Səbirsizəm, sevgidə həmişə əziyyət çəkirəm. Sevdiyim insanları incidirəm, bədxərcəm.

Müğənni Xəyyam Nisanov –Küsülü olduğum insanla heç vaxt barışmaram. İlk addımı o atmalıdır. Kinli deyiləm. Buna görə çox peşman olmuşam.

Müğənni Nadir Qafarzadə – Tez-tez depressiyaya düşürəm, aqressivəm, vasvasıyam. Bədbəxtçiliyim odur ki, kiməsə sevgimi göstərə bilmirəm.

Müğənni Natavan Həbibi – Dilim başıma bəladır. Tez özümdən çıxıram, əsəbiyəm. Heç yaddaşım yoxdur. Tez aldanıram. Sevgidə eqoistəm.

COMMENTS