Şagird sinif yoldaşının cinsi orqanını kəsib? – Kənd icra nümayəndəsi danışdı

Şagird sinif yoldaşının cinsi orqanını kəsib? – Kənd icra nümayəndəsi danışdı

Xəbər verdiyimiz kimi, 31 may axşam saat 22:00 radələrində Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbin 10-cu sinif şagirdi eyni məktəbdə oxuyan həmyaşıdına aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstə bud nahiyəsinin və xayaların kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya daxil olub. Hazırda həyatı üçün hər hansısa bir təhlükə yoxdur.

Məsələ ilə bağlı Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Ləcət kənd nümayəndəsi Ələkbər Quliyev Teleqraf.com-a hadisə ilə bağlı məlumat verib.

O bildirib ki, şagirdlər arasında söyüş mübahisəyə səbəb olub:

“Ailələri insidentli ailə deyil. Məqsəd qorxutmaq olub. Valideynləri və məktəb rəhbərliyi ilə danışdıq. Tərbiyəsiz uşaqlar da deyillər. Orta səviyyədə oxuyan şagirdlərdir. Sadəcə söyüşü qüruruna sığışdırmayıb. Nəticədə bu hadisə baş verib. Dava beş-altı nəfərin arasında olub. Dava edənlər eyni sinifin şagirdləri deyillər.

Mətbuatda yazıldığı kimi cinsi orqanın kəsilməsi məlumatı doğru deyil. Elə şey olmayıb. Bu barədə həkim rəyi də var. Bir şagird o birisinə dırnaqtutana bənzər alətlə xəsarət yetirib. Məncə, bu məsələdə məktəb də günahkardır ki, şagirdlər üstlərində belə alət gəzdirirlər. Bildiyim qədəri ilə uşaq artıq evə buraxılıb, ciddi xəsarəti olmayıb”.

COMMENTS