Top.Mail.Ru

Sahibkar Qurbanxan Dəmirov FHN-nin Dağ-Mədən Nəzarəti Dövlət Agentliyindən şikayətçidir – VİDEO

Sahibkar Qurbanxan Dəmirov FHN-nin Dağ-Mədən Nəzarəti Dövlət Agentliyindən şikayətçidir – VİDEO

Dosye.org saytın elektron ünvanına FHN ilə bağlı Qurbanxan Əbülhəsən oğlu Dəmirov şikayət məktubu daxil olub. Şikayətçi qeyd edir ki, 

Hər zaman mənə hörmət və ehtiram bəsləyərək səsləndirdiyim  faktları dərc etmisiniz. Problemli məsələlərdə obyektiv mövqe tutaraq məqaləni dərc etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. İctimai xadim olaraq bütün qanunsuz hallara hüquqi qiymət verilməsi istiqamətində müvafiq müraciətlərim tərəfimdən davam etdirilir!

Sizdən növbəti müraciətimin ictimailəşdirilməsini xahiş edirəm…!

63 yaşlı iş adamı, ictimai fəal xadim Qurbanxan Dəmirov, bu dəfə Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan Sənayedə İşlərin Təhlükəsiz Görülməsı-Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə  və Dövlət Əməyin Mühafizəsi-Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutuna qarşı tutarlı ittihamlar irəli sürüb.

Sahibkarın bildirdiyinə görə, adıçəkilən qurum vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə texniki müayinə, yuma, doqozasiya və digər müxtəlif bəhanələrlə sahibkarlardan və iş adamlarından qanunsuz rüsumlar tələb edir.

Bütün bunlar isə sahibkarların ciddi narazılığına səbəb olur.

Faktla bağlı aidiyyatı qurumlara müraciət etdiyini, lakin heç bir nəticəsi olmadığını bildirən Qurbanxan Dəmirov, məsələni mətbuat vasitəsilə  ictimailəşdirərək, qısa müddətdə həllinə nail olmaq istədiyini deyir.

Daha ətraflı sahibkarın bizlərə ünvanladığı videomüraciətdə

DOSYE.ORG

COMMENTS