Şahin ağa ləqəbli Ağcabədi şefi ilə Niderland baş nazirinin fərqi – Fotoda…

Şahin ağa ləqəbli Ağcabədi şefi ilə Niderland baş nazirinin fərqi – Fotoda…

Oxuculara analogiya üçün bir foto təqdim edirik: sol tərəfdə Ağcabədi icra başçısının kəndə gedərkən kortejidir, sağda isə Niderlandın velosipedlə işə gedən baş naziridir

Dosye.org xəbər verir ki, sosial şəbəkələr bu fotonu müzakirə edir və fərqləri ortalığa qoyur.

Xalqın içində olan sadə baş nazirin ekologiya və sağlamlıq naminə velosiped sürməsi hara, kəndə gedən icra başçısının isə “Kurtlar vadisi” serialındakı mafiyalar kimi maşın korteji hara…

Bu sivilizasiya fərqi, mədəniyyətlərarası uçurum göz qabağındadır. Ağcabədi icra başçısı Şahin Məmmədov özü orta əsrlərin padşahı kimi aparır. Onu polis belə müşayiət edir. Görəsən, getdiyi kənddə kimlərdən çəkinir? Nədən qorxur?

Dövlət başçısı məmurlara sadə olmağı tövsiyə edib, xalqla işləməyi tapşırıb. Ş.Məmmədov isə özünü əhalidən uzaq tutur, gen gəzir, kortejlə hərəkət edir.

Feysbuk istifadəçiləri ironiya ilə yazırlar ki, Niderland çox geridə qalıb, hesablasan Ağcabədinin icra başçısının varidatı daha çoxdur.Odur ki, kortejlə gəzir.

Ümumiyyətlə, Ş.Məmmədov ən yarıtmaz icra başçılarından biri kimi tanınır. Onun adı həmişə qalmaqallarda gedib. Hətta bir müddət əvvəl səs yazısı yazılmışdı.

İH başçısı olduğu dövrdə yekəxanalığı, vətəndaşları saymaması ilə ad çıxarmış, insanların probleminə biganə yanaşmış Ş.Məmmədov böyük bir narazı ordusu yaradıb.

Hökumət daxili siyasətdə ciddi dəyişikliklər edib, vətəndaşları incidən məmurları vəzifələrdən azad edir, regionlarda haqsızlıq edənlər cəzalandırılır. Bu dərslər isə Ağcabədi İH başçısına təsir eləmir. Ona elə gəlir ki, vəzifədə əbədidir.

Amma prezidentə çatdırılan məlumatlar və Ağcabədidəki vəziyyət haqda arayış yeni ildən rayona yeni rəhbər təyin olunacağı ehtimalını gücləndirib.

Dosye.org xəbər verir ki, Ağcabədi icra başçısının kortejinin çəkilib yayılmasında onun “torbasını tikən” məmurların rolu istisna edilmir. Bu istiqamətdə rəy formalaşdıran isə onun müavinlərinin olduğu deyilir.

Ş.Məmmədov ətrafında yaranan “üçlük” – hüquq şöbəsi müdiri Hafiz Hüseynov, müavinləri Xaliq Mirzəyev və Naibə Mustafayevanın Şahin Məmmədovla bağlı donosbazlıq etdikləri iddiaları var.

Mətbuata informasiyaların sızdırılmasında onların əlaltılarının rolu olduğu deyilir. Məqsəd isə X.Mirzəyevin icra baççısı təyin olunmasıdır. Bu xəbərlərin nə dərəcədə doru olduğunu söyləmək çətindir. Lakin belə iddialar səslənməkdədir.

Xaliq Mirzəyevin Ağcabədidə bütün idarə, müəssisə müdirlərinə “sənin iliyini vuraram”, “mən deyən olmalıdır” kimi hədə və təhdidləri hər kəsə bəllidir. Naibə Mustafayevanın da çiyninə şahlıq quşu tez-tez qonur.

YAP Qadınlar Şurasının sədri, daha sonra isə RİHB-nın müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri kim daha mötəbər bir vəzifəyə gətirilir. Həmçinin, bu “üçlüyə” Naibə Mustafayevanın rəhbərlik etdiyi bildirilir.

Bu qruplaşmalara qarşı gedənlərdən biri isə I müavin Rövşən Əhmədovdur. Şahin Məmmədovla əlbir olan müavini Ağcabədini çapııb talamaqda ittiham edilir.

Azerbaycaninfo.az xəbər verir ki, Aparat işçilərinin başçıya qarşı iş birliyi, idarəetmədə yaranacaq ciddi nöqsanlar sakinlərin dövlətə qarşı münasibətlərinə zərbə vura biləcək nəticələrə gətirib çıxara bilər.

Başçının çevrəsində elə bir üçbucaq yaradılıb ki, rəhbərliyin rayon barədə məlumat almaq imkanları məhdudlaşdırılıb.

Dosye.org

 

COMMENTS