Şahin Mustafayev Qriqoryanla birlikdə o maşında olub? – Ermənilərdən ŞOK İDDİA

Şahin Mustafayev Qriqoryanla birlikdə o maşında olub? – Ermənilərdən ŞOK İDDİA

Ermənistan mediası baş nazirinin müavini, sərhədin delimitasiyası üzrə komissiyaya rəhbərlik edən Şahin Mustafayevin erməni baş nazirin müavini, demarkasiya üzrə komissiyanın rəhbəri Mher Qriqoryanla birlikdə Qazaxın kəndlərinə baş çəkdiyini iddia edilir.

Publika.az xəbər verir ki, bu iddia ilə “168.am” saytı çıxış edib.

Sayt yazır ki, aprelin 26-da Tavuşun Kirants kəndində gərginlik uzun müddət davam edib.

“Axşam saatlarında kartoqraflar sərhədin demarkasiyasını aparmaq üçün avtomobillə Kirantsdan keçmək istəsə də, əhali onun hərəkətinə mane olub. Hökumət rəsmiləri erməniləri sakitləşdirmək, avtomobilin keçidini təmin etmək üçün kəndə gəlib. Avtomobildə Mher Qriqoryan da var idi.

Lakin o, bütün çağırışlara baxmayaraq, maşından düşmədi. Tavuşlular düşünürlər ki, Qriqoryanla birlikdə Azərbaycan tərəfdən demarkasiya işini aparan Şahin Mustafayev də avtomobildə olub. Buna görə insanların avtomobilə yaxınlaşmasına icazə verilməyib, Qriqoryan da aşağı düşməyib”, – sayt iddia edir.

M.Qriqoryanın ofisi isə bu məlumatları təkzib edib.

COMMENTS