Şahrudinin də oynadığı oyunda komandası qələbə qazandı

Şahrudinin də oynadığı oyunda komandası qələbə qazandı

Türkiyə Superliqasında 28-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Dəmirspor” bu turda evdə “Fatih Karagümrük”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Adana təmsilçisi 10 oyundan sonra qalib gəlib.

“Adana Demirspor” – “Fatih Karagümrük” – 1:0
Qol: 
Balotelli, 27-pen.

Şahruddin də bu oyunda iştirak edib. Qolkiper start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Hazırda turnir cədvəlində “Adana Demirspor” isə 35 xalla 9-cu, “Fatih Karagümrük” 29 xalla 16-cıdır.

COMMENTS