Livan əslli kolumbiyalı meqastar müğənni Şakira ikinci uşağını dünyaya gətirib.
Məşhur ifaçının ikinci oğlunun da atası İspaniyanın “Barselona” klubunun ulduzu Gerard Pikedir. Körpə dünyaya Barsolanadakı Teknon klinikasında qeysəriyyə yolu ilə gəlib.
Şakiranın 37, Gerard Pikenin isə 27 yaşı var. Onların birinci oğlunun adı Milandır və yanvarın 22-də onun 2 yaşı tamam olacaq.
Maraqlıdır ki, bu dəfə də doğuşu eyni həkim həyata keçirib.
Artıq bir neçə gündür ki, paparatsilər doğuşun reallaşdırıldığı klinikanın yaxınlığında keşik çəkirlər.
Qeyd olunur ki, yeni doğulan uşağın adı Andrea Sacha olacaq.
“Ana olmaq mənim üçün hər şeydir”, – deyə Şakira İspaniyanın “El Pais” qəzetinə bildirib.
COMMENTS