Bu günlərdə şair Mübariz Məsimoğlu Əbulfəz Elçibəyi təhqir edən Nemət Pənahlıya satiriq şeir həsr edib.
Belə ki, social şəbəkələrdə şairin şeiri bir çox Elçibəy sevərlər tərəfindən böyük coşqu ilə qarşılandı. Dosye.org olaraq məsələ ilə bağlı Nemət Pənahlının mövqeyini dinləməyə çalışdıq. Onun dediyinə görə atılan iftiralar şər və böhtandan başqa bir şey deyil. Nemət Pənahlı vurğuladı ki, mən dediyim sözü bu gündə deyirəm.
Həbsxanadan çıxandan sonar mənə suallar ünvanladılar ki, sən peşmansanmı Elçibəyi təhqir etdiyinə görə. Mən desəydim ki, peşmanam onlar başqa şeylər fikirləşərdilər. Siz şair Mübariz Məsimoğlunu tanıyırsınızmı? Sualına gəlincə Nemət Pənahlının cavabı maraqlı oldu. “Mən bilirəm bu itləri üstümə kimlər hürdürür. Nə qədər hürürlər qoy hürsünlər”.
Növbəti yazılarımızda Nemət Pənahlının şok doğuracaq açıqlamaları ilə tanış olacaqsınız. Bizi izləməyi unutmayın.
Dosye.org
COMMENTS