Salyan DYP-nin rəisi içkili vəziyyətdə avtoqəza törədib?

Masallıdakı «5 Qardaş»ın sahiblərindən biri olan Eldəniz İmranovun adı rüşvət olaylarında tez-tez çəkilir

Ötən gün mia.az-a Salyan sakini Fariz Dadaşov rayon Dövlət Üol Polis Bölməsinin rəisindən şikayətçi düşmüşdü. O bildirmişdi ki, yanvarın 24-ü saat 12.55 radələrində Salyan rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Eldəniz İmranovun da olduğu xidməti maşından ona «dur» işarəsi verilib.

Və bütün qanunsuzluqlar bundan sonra bavş verib: «Mən maşını saxladım. Yol poilisi əməkdaşı mənə yaxınlaşaraq, «rəis maşındadır, sakit ol» dedi. Mən isə etirzımı bildiridim ki, rəis maşında olanda nə olar ki, əgər qaydanı pozmuşamsa, prokol tərtib edin. Bundan sonra qanunsuz olaraq, 90 LR 211 dövlən nömrə nişanlı maşınımı cərimə meydançasına apardılar. Təbii ki, sakit oturmadın, müxtəlif instansiyalara müraciət etdim. Bundan narahat olan rəis mənə xəbər göndərdi ki, gəlsin, protokol tərtib eləsinlər. Əgər mən qaydanı pozmuşdumsa, niyə həmin an protokol yazılmadı. Bunun qarşılığında isə dedi ki, o boyda obyektiniz var, hörmət eləmirsiz, belə davam eləsən, o biri maşınlarınıza qarşı cərimələr tətbiq olunacaq. 700 manat maaş alan polis rəisi BMV X6-nı necə sürür? On beş gün bundan əvvəlr içikli vəziyyətə avto-nəqliyyat hadisəsi törədib, VAZ 2107 markalı maşını əzib. Bunu Salyanda hamı bilir».

F.Dalaşovun sözlərinə görə, yol polis rəisi Eldəniz İmranov şikayətə məhəl qoymur. Belə ki, o, bütün narazılara «mən bura ikinci dəfə gəlmişəm, hara şikayət edirsiz, edin» deyir: «Bu dəqiqə də maşını cərimə meydançasındadır. Deyir ki, səni süründürəcəyəm. Məni tanımaya-tanımaya 200 manat pul istəyirlər. Mən də heç kim pul verən deyiləm, sizin vasitənizlə, Prezidentə müraciət edirəm ki, bu cür haqsızlıqların qarşısının alınması üçün göstəriş versin».

Məsələylə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək istəsək də, mümkün olmadı.

JAM.AZ-ın bununla bağlı əldə etdiyi bəzi məlumatlara görə, Eldəniz İmranovun adı təkcə bu məsələdə deyil, bundan əvvəl də dəfələrlə bunabənzər olaylarda hallanıb. Onun hətta rayonda köhnə model «VAZ 21011» markalı maşınların «qənimi» olduğunu deyənlər də vardı. Və həmin maşınların sahiblərindən 100 manat pul tələb edildiyi də vurğulanırdı.

Həmin məlumatlarda həmçinin o da vurğulanır ki, Eldəniz İmranov DYP rəisi olmaqla yanaşı, həm də biznes adamıdır. Belə ki, onun Masallıda qardaşları ilə birlikdə işlətdiyi «5 Qardaş» adlı İstirahət Mərkəzi var. Bu mərkəzin adı rayonda heç də yaxşı mənada çəkilməsə də, fəaliyyət göstərməyindədir. Hətta dəfələrlə edilən şikayətlər əsnasında Bakıdan gələn araşdırma Mərkəzi bağlasa da, sonradan hansısa «sehirli əl» problemi yoluna qoyub.

COMMENTS