Top.Mail.Ru

Salyanda 2 nəfər döyülərək xəstəxanaya düşdü

Salyanda 2 nəfər döyülərək xəstəxanaya düşdü

Bu gün axşam saatlarında Salyan rayonunun kəndlərində ayrı-ayrılıqda baş vermiş döyülmələr nəticəsində 2 nəfər xəsarət alıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Yenikənd sakinləri arasında torpaq sahəsi üstündə baş vermiş mübahisə “Kökəltmə” yaşayış ərazisi sakini, 46 yaşlı Nəsimi Pənah oğlu Abdullayevin döyülərək xəsarət alması ilə nəticələnib.

Digər döyülmə hadisəsi isə rayonun Seyidsadıqlı kəndində baş verib. Kənd sakini, 44 yaşlı Əflatun Heydər oğlu Abdullayev aralarında yaranmış mübahisə zamanı bir neçə kənd sakini tərəfindən döyülərək xəsarət alıb.

Döyülən şəxslər  Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS