Salyanda 36 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Salyanda 36 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Salyan rayonunda zəhərlənmə hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Qaraçala qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1983-cü il təvəllüdlü İsgəndərova Xanım Ağasən qızı bilməyərəkdən sirkə turşusunu içərək zəhərlənib. Qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS