Salyanda 41 yaşlı kişi özünü asdı

Bu gün Salyanda intihar hadisəsi olub.

Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, Salyan şəhər sakini, 41 yaşlı Niyaməddin Ərəstun oğlu Dadaşov bu gün saat 14 radələrində özünü Salyan şəhəri, 20 Yanvar yaşayış massivində – yaşadığı evin həyətində asaraq intihar edib.

Qonşularının dediyinə görə, Niyaməddin Dadaşov qəsəbədə çəkməçi işləyirmiş. O, əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

COMMENTS