Salyanda dəhşətli yol qəzası – 5 nəfər ölüb

Ələt-Astara yolunda dəhşətli yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, fevralın 22-si saat 18.30 radələrində Ələt-Astara yolunun 83-cü kilometrliyində – Salyan rayonunun Şorsulu kəndi ərazisində “VAZ 2106” markalı avtomobillə TİR yük avtomobili toqquşub.
Hadisə nəticəsində “VAZ 2106”-da olan 5 nəfər – sürücü və sərnişinlər yerində ölüb. Ölənlərin adı və digər təfərrüatlar dəqiqləşdirilir. Hadisə yerində BDYPİ-nin müstəntiqləri araşdırma aparır.

COMMENTS