Salyanda qəzadan yayınmaq istəyən sürücü piyadanı vurdu

Salyanda qəzadan yayınmaq istəyən sürücü piyadanı vurdu

Bu gün axşam saatlarında Ələt-Astara-İran sərhəd yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən 85-ci kilometrində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, yolun kənarı ilə piyada gedən Şorsulu kəndinin 26 yaşlı sakini Saləddin Hüseyn oğlu Muxtarov Bakı şəhər sakininin idarə etdiyi “Chevrolet” markalı minik maşını ilə vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Muxtarov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisənin “Chevrolet” markalı avtomaşının qəzadan yayınmaq istəyərkən etdiyi manevr nəticəsində baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Dosye.org

COMMENTS