Top.Mail.Ru

Salyandakı zəncirvari qəzada baş həkim ağır xəsarət aldı

Salyandakı zəncirvari qəzada baş həkim ağır xəsarət aldı

Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb.

“Daewo”, “Tayota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər – Bakı sakini, 1960-cı il təvəllüdlü  Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Yaralılardan kəllə-beyin travması alan “Tayota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə – Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzəm xəstəxanasının baş həkimidir.

DOSYE.ORG

COMMENTS