Salyanı kim idarə edir? Daş karxana müdiri, yoxsa prezidentin nümayindəsi?

Salyanı kim idarə edir? Daş karxana müdiri, yoxsa prezidentin nümayindəsi?

Salayan RİH başçısı Sevindik Hətəmovla bağlı dosye.org-a sensasion məlumatlar daxil olur.

Belə ki, rayon rəhbəri son həbslərdən sonra gərgin iş rejimi ilə çalışdığı bildirilir. Mənbəmiz iddia edir ki, Salyan rayon sakinlərinin illərlə PA-a ünvanladığı şikayət məktubları artıq ünvana yetişib. Bir sözlə, rayon sakinlərinin haqlı narazılıqları dərindən araşdırılmalıdır. Hələ bir müddət öncə barəsində tənqidi məqalələr yayımlanan Sevindik Hətəmov yuxarı dairələrdən sərt təpki alacağı gözlənilirdi. Lakin naməlum səbəblərdən məsələ qapandı və icra başçısına “yola davam” əmri verildi.

Əlbətdə ki, bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin diqqətindən yayına bilməzdi. Ağcəbədi, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayon icra başçılarının korrupsiya əməlləri, vəzifə alveri və digər maxinasiyalar məmur fironluğundan başqa bir şey deyildi. Prezident son çıxışında bir daha vurğuladı ki, hələ də bəzi rayon rəhbərləri öz çirkin əməllərindən əl çəkmək istəmirlər.

Bir faktı nəzərinizə çatdıraq ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları üzərlərinə düşən vəzifəni uğurla həyata keçirir. Etiraf edək ki, rayonlarda baş verən xoşagəlməz hadisələr bir növ vətəndaşları dövlətə və dövlət başçısına qarşı çıxartmaq üçün ideal variant idi. Məqsəd isə aydındır. Ölkədə narazı kütlə yetişdirmək və müxalifətə əlavə dəstək verməkdir.

Salyan rayonunda müşahidə olunan özbaşınalıqlar, dövlət vəsaitini mənimsə və bəzi neqativ hallar kifayət qədərdir. Məhz sosial şəbəkədə ictimai qınağ sübüt edir ki, Salyan RİH başçısı Sevindik Hətəmov icra başçısı deyil, konkret sahibkardır. Əldə etdiyimiz məlumatlara görə, Sevindik Hətəmovu rayon sakinlərinin problemləri maraqlandırmır, onu maraqlandıran şəxsi biznesidir. Bakı şəhərində daş karxanaları və digər obiyektlər icra başçısına məxsüs olduğu bildirilir. Yaxın zamanlarda S. Hətəmova məxsüs daş karxanalarını faktlarla sizlərin ixtiyarına veriləcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG

COMMENTS