Salyanın icra başçısından şikayət olundu

Salyanın icra başçısından şikayət olundu

basci.jpg

İcra başçısı rayonu tam şəkildə biznes obyektinə çevirib

Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov haqda məlumatlar səngimək bilmir. Bir müddət öncə “Tahir Kərimov prezidenti necə aldatdı?” başlıqlı yazımızda icra başçısının ölkə rəhbərinə verdiyi sözə əməl edə bilməməsi hqda yazmışdıq. İndi isə rayondan cumhuriyyet.az-a yeni məlumatlar daxil olub. “”Tahir Kərimov Salyanı icra başçısı kimi yox, şirkət rəhbəri kimi idarə edir. Sahibkarlar onun əlindən zara gəlib”. Bunu Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovdan şikayətçi olan yerli sahibkar deyib. Qisasçılıqdan ehtiyatlanaraq adının çəkilməsini istəməyən sahibkar bildirir ki, Salyanda bütün sahibkarlar faktiki olaraq, icra başçısına haqq verməyə məhkum olunub.
Şikayətçi deyir ki, 2011-ci ildən Salyana başçılıq edən Tahir Kərimov, bu qısa zaman kəsiyində rayonun bütün gəlirli sahələrində böyük paya sahib çıxıb. Sahibkarın sözlərinə görə əkinçilikdən tutmuş maldarlığa, istehsaldan balıqçılığa qədər, bütün sektorlarda payı olan T.Kərimov, qanuna zidd olaraq açıq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla kifayətlənməyərək, müxtəlif adlar altında digər sahibkarların da qazancına şərik çıxır: “Bilirsiniz ki, Salyanda balıqçılıq yerli əhalinin əsas qazanc mənbələrindən biridir. Hazırda rayonda təxminən 2500-3000 hektaradək ərazidə balıqçılıq təsərrüfatları var. Tahir Kərimov “bələdiyyə vergisi” və “su pulu” adı altında hər il sahibkarlardan külli miqdarda pul yığır. Ötən illər hər hektara görə 200 manat tələb edirdi. Bu il məbləği 350 manata qaldırıb. Deyir verməsəniz işləməyəcəksiniz, təsərrüfatlara su verilməyəcək. Sahibkarlar qalıb belə, əlacsız.”
Sahibkar deyir ki, təkcə balıqçılıq təsərrüfatlarından yığılan pul külli miqdardadır və bunun çox kiçik hissəsi təyinatı üzrə yönləndirilir. Böyük hissəsi başçı tərəfindən mənimsənilir: “Bu il hər hektara 350 manatdan yığmağa nail olsa, təxminən 1 milyon manat pul toplanacaq. Əlbəttə ki, bu pulun çox kiçik hissəsi bələdiyyələrin hesabına köçürüləcək. Qalanı Tahir Kərimovundur.”
Həmsöhbətimiz deyir ki, T.Kərimov Salyana icra başçısı təyin olunduqdan az sonra yüz hektarlarla ərazini ələ keçirərək özü əkməyə başlayıb. Bu torpaqlar əvvəllər ayrı-ayrı Salyan sakinlərinə məxsus olsa da, başçı onlara aid sərəncamları ləğv etdirərək torpaqları ələ keçirib: “Bu il 500 hektardan artıq ərazidə taxıl əkib. Muğan düzündə ələ keçirdiyi 1000 hektardan çox ərazidə fermer təsərrüfatı salıb. 15-20 kilometr uzaqlıqdan – Akuşa çayından yatağa çəkilən su kanalının smetası 2 milyon manatdan çox olub.”
Şikayətçi deyir ki, icra başçısının şəxsi obyektinə çəkilən su kanalının tikintisində dövlətin texnikasından istifadə olunub. Belə ki, Əhməd Əhmədzadənin rəhbəri olduğu Meliorasiya və Su Təsərrüfatı ASC-nin 5-6 texnikası burda il yarım işlədilib: “Başa düşmək olmur ki, dövlətin texnikası hansı adla il yarım icra başçısının obyektinə su çəkib? Əhməd Əhmədzadənin bundan xəbəri varmı?”
Şikayətçinin dediyinə görə, hazırda başçının fermasında minlərlə baş qoyun, iri buynuzlu mal-qara saxlanılır. Rayonda baş verənlərlə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Salyan RİH-nin və Heydər Əliyev Mərkəzinin tikintisi üçün ayrılmış dövlət vəsaitləri hesabına o Heydər Əliyev Parkına bitişik ərazidə, köhnə uşaq baxçasının həyətini Bakı sakini olan səxsi sürücüsünün adına özəlləşdirərərk podratçı “İlkin-N” şirkətinə özü üçün 3 mərtəbəli yaşayış evi tikdirib. Ümumiyyətlə, Salyanda aparılan abadlıq işlərinə yerli sakinlərin tikinti şirkətləri cəlb olunmur, yalnız başçının özü ilə gətirdiyi qohumları bu işləri aparır. Salyan şəhərində Ə.Qasımzadə və Ə.Kürçaylı küçələrinin kəsişməsində yerləşən bir vaxtlar MTN-nin yerli şöbəsinin xidməti evi kimi istifadə olunan bina Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatına qərargah tikilməsi adı altında Dövlət Əmlak Komitəsindən özəlləşdirilərək sökülüb, həyət başçının özü ilə Daşkəsəndən Salyan Telekoma müdir gətirdiyi , bacısı oğlu Faiq Nəcəfovun adına özəlləşdirilib. Hazırda həmin həyətdə də rayonun abadlığı üçün ayrılmış dövlət vəsaitləri hesabına villa tikilir. Bu barədə olan məlumatlarla bağlı isə qarşı tərəf and aman edib bildirir ki, adı çəkilən qurumun” inzibati binası nın özəlləşdirilməsi barədə məlumatlar iftiradır”. Bəli, özəlləşdirilən inzibati bina yox xidməti yaşayış evi və həyətidir. Beləcə qanunsuz özəlləşdirilən xidməti yaşayış evı və həyət olduğu halda bunlar mətləbdən yayınmaq üçün qəsdən inzibati bina barədə açıqlamalar verməklə yaşayış yeri əvəzinə inzibati binanı ortaya atıblar.
Salyanda baş verənlərlə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə Tahir Kərimovun metlax sexi üçün özünə dublikat tapıb. Söhbət başçı tərəfindən keçmiş traktor təmiri parkının (RTS) özəlləşdirilərək orada açılmış küçələrə düzmək üçün keyfiyyətsiz metlax istehsal edən sexdən gedir. Bunların sevinə-sevinə tapdıqları lay buraxan Tahir Kərimovun sexi isə tamam ayrı yerdədir və rayonda dövlət tərəfindən aparılan abadlıq işlərində onun məhsulundan 1 kv.m belə işlənməyib.
Ən maraqlısı isə odur ki, sahibkarın bildirdiyinə görə, Tahir Kərimov Salyanda qanunsuz yolla, zor gücünə və ədalətsizliklə qurduğu bu biznes imperiyasını, sahibkarlara qarşı irəli sürdüyü qanunsuz tələbləri bəzi möhtərəm şəxslərlə yaxın münasibətləri olduğu haqda söz-söhbətlər yaymaqla pərdələyir: “Tahir Kərimov özünü akademik Arif Paşayevin himayəsi altında olan şəxs kimi təqdim edir. Şayiə yaydırır ki, bütün bu işlərdə onunla şərikliyi var. Ona görə də heç kim ona bata bilməz. Sahibkarlar da belə olduğuna inanaraq ondan qorxub, qanunsuz tələblərini yerinə yetirmək məcburiyyətində qalırlar…
Prezident deyir mən xalqın xidmətçisiyəm. Biz bilmirik ki, Salyanı şəxsi şirkəti kimi idarə edən Tahir Kərimov kimin xidmətçisidir. Salyan camaatına, biz sahibkarlara belə “xidmətçi” lazım deyil…”

COMMENTS