Top.Mail.Ru

Şamaxı sakini adından göndərilən məqalə TƏKZİB EDİLİR

Şamaxı sakini adından göndərilən məqalə TƏKZİB EDİLİR

Dosye.org saytında yayımlanan “İcra başçısı sarıdan bəxti gətirməyən ŞAMAXI” başlıqlı məqalə böyük narazılıqla qarşılanıb. Beləki, saytın elektron ünvanına daxil olan material olduğu kimi dərc edilib və məqalədə bir neçə şəxslərin adı hallandırılıb.

Məlumat üçün bildirək ki, “məqalə” Şəhriyar qəsəbə sakini Bayramov Babayar Allahyar oğlu adından ünvanlanıb. Redaksiyamızla telefon əlaqəsi yaradan Babayar Bayramovun övladı Eldəniz Bayramov diqqətimizə çatdırdı ki, məqalədən atasının heç bir məlumatı yoxdur.

Rayon prokurorluğuna dəvət edilən B. Bayramova bildirilib ki, sizin dosye.org saytına göndərdiyiniz məqalədə icra başçısı və digər məmurların adları rüşvət qalmaqalında hallanır. Vətəndaş B. Bayramov qəti etiraz edərək məlumatsız olduğunu bildirib. Redaksiyamıza daxil olan son məlumatlara görə, B. Bayramov sarsıntı keçirərək  səhətində ciddi problemlər yaranıb. Nəzərinizə çatdıraq ki, adı hallanan B. Bayramov üzün müdət Vergilər Nazirliyinin əməkdaşı kimi brinci dərəcəli dövlət vergi müfəttişi kimi fəxri ada layiq görülmüşdür.

Dosye.org olaraq bildiririk ki, B. Bayramovun adında saytların elektron ünvanına göndərmək bir növ şəxsi prinsiplərin ədavəti kimi hesab edilir. Saytımız adından el ağsaqalı Babayar müəllimdən üzür istəməklə yazını təkzib edirik. Bütüb bunları nəzərə alıb “İcra başçısı sarıdan bəxti gətirməyən ŞAMAXI” başlıqlı məqalə saytından çıxarılır.

DOSYE.ORG

COMMENTS