Şamaxıda qocalar evində dərəbəylik- ŞOK

Yaşadıqları Qocalar Evindəki haqsızlığa etiraz edən ər- arvad azyaşlı övladları ilə birlikdə müəssisədən qovulub.

 

Dosye.org-a məlumatı  “Təmiz dünya” İctimai Birliyindən verilib. 54 yaşlı kişi və 44 yaşlı qadın evləndikdən sonra yaşamaq üçün yerləri olmadığından Şamaxıdakı Qocalar Evində məskunlaşıb:

 

“Lakin ailə başçısı sakinlərlə davranışa, hətta çörəyin belə normal verilməməsinə etiraz etdiyinə görə müəssisə rəhbəri Çingiz Mehrəliyevin onları Qocalar Evindən çıxartdığını bildirib. Yaşamağa yerləri olmadığına görə 2 yaş 3 aylıq övladları ilə küçələrdə qalıblar. Üstəlik qadın hamilədir”.

 

Avqustun 25-də “Təmiz dünya” İB-nə müraciət edən ailənin bütün üzvlərini sığınacaqla təmin etmək mümkün olmayıb:

 

“Təşkilatın sığınacağında ancaq qadın və uşaq yerlə təmin edilib, ailə başçısı isə hələlik Bakıdakı parklarda gecələyir. Ancaq Bilgəhdə yaşayış üçün evini bu şəxslərə verə biləcək şəhid ailəsi artıq təşkilata müraciət edib. Yaxın zamanda bütün ailə həmin evə yerləşdiriləcək. Qocalar Evi ilə bağlı səsləndirilən ittihamlarla bağlı da təşkilatımız müəyyən tədbirlər görəcək ”.

COMMENTS