Şamaxıdakı yanğın söndürüldü

Şamaxıdakı yanğın söndürüldü

Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verib.

Bu barədə virtualaz.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, avqustun 22-də nazirliyin “112” qaynar telefon xəttinə Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 64 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.

Yanğın saat 17:10-da söndürülüb.

Bundan sonra Ağsu rayonunun Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

FHN xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə qurumun Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyəti, Mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub.

DOSYE.ORG

COMMENTS