“Şamaxı”ya uğur arzulamıram, hibrid yaratmaq süni işdir” – Georgi Nikolov

“Şamaxı”ya uğur arzulamıram, hibrid yaratmaq süni işdir” – Georgi Nikolov

“Keşlə”nin “Şamaxı”ya çevrilməsi gündəmdə olan ən aktual məsələdir. Adı tarixdə qalan “Keşlə”nin “İnter” kimi fəaliyyət göstərdiyi dönəmdə prezidenti olmuş Georgi Nikolovu arayıb mövcud reallığa münasibətini öyrəndik. 

Bolqar funksionerin Fanat.Az-a açıqlaması belə oldu:

“Şamaxıda “Şirvan” klubu olub. Onun üzərində işləsələr, həmin adla “həyata qaytarsalar”, daha effektli iş sayılardı. Guya nə ediblər ki… Siyasi gediş etməyəcəyəm, mən “Şamaxı”ya uğur arzulamıram. Mənim üçün yalnız “İnter” var. Ölənə qədər “İnter”in prezidentiyəm. Başqalarının kimliyini oğurlayanlardan nə danışım?

Komanda hələ də Bakıda qalır. Heç prezidentləri də dəyişməyib. Şəxsən mən Zaur Axundovun Şamaxıda olacağına, vaxtının çoxunu orada keçirəcəyinə inanmıram. Bilirsiniz, süni klublar düzəltmək lazım deyil. Bu, Azərbaycan futboluna nəsə verməyəcək. Ad dəyişməklə iş bitmir ki… Klub sağlam təməl üzərində yaradılmalıdır. “Keşlə” – “Şamaxı” hibridi yaratmaq süni işdir. Yəqin ki, Zaur qazanmadan xərcləməkdən bezib və hiyləgərcəsinə əlavə pul itkilərindən xilas olmaq istəyib”.

COMMENTS