Top.Mail.Ru

Samirə Mustafayeva illər sonra televiziyaya QAYITDI

Samirə Mustafayeva illər sonra televiziyaya QAYITDI

Tanınmış aparıcı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən televiziyaya qayıdır.

Axşam.az xəbər verir ki, Samirə Mustafayevanın yeni iş yeri Azərbaycan Televiziyası (AzTV) olacaq.

Teleaparıcı artıq sentyabrın 14-dən etibarən həftənin beş günü AzTV-nin “Xəbərlər” İnformasiya proqramının axşam saat 20:00, 22:00 və gecə saat 00:00 buraxılışını təqdim edəcək.

S.Mustafayeva şənbə günü eyni saatlarda studiyanı AzTV-nin digər xəbər aparıcısı Mümtaz Xəlilzadə ilə bölüşəcək.

Qeyd edək ki, S.Mustafayeva televiziyada fəaliyyətinə 2003-cü ildən başlayıb. O, xeyli müddətdir televiziyadakı işindən kənarlaşmışdı.

DOSYE.ORG

COMMENTS