Samuxda kütləvi bıçaqlanma hadisəsi baş verib.
DOSYE.ORG xəbər verir ki, hadisə Çobanabdallı kəndində qeydə alınıb.
Belə ki, 41-yaşlı Fədail Quliyev ilk olaraq qonşusu 22 yaşlı Ayxan Nəbiyevi, daha sonra isə anası Aynur Nəbiyevaya bıçaqla xəsarət yetirib. O, səs-küyə gələn daha bir qonşunu – 1960-cı il təvəllüdlü Həsənov Xaliq Zamanı oğlunu da bıçaqlayıb.
F.Quliyevin daha sonra özünə xəsarət yetirdiyi bildirilir.
Onun qonşularını hansı səbəbdən bıçaqladığı isə hələlik məlum deyil.
Yaralılardan Aynur Nəbiyeva və oğlu Ayxan Nəbiyev Abbas Səhhət adına xəstəxanaya, digər şəxs Xaliq Zamanov isə üç saylı təcili tibbi yardım xəstəxanasına yerləşdirilib.
Yaralılar yüngül xəsarətlər alıblar.
İlkin məlumata görə, hadisəni törədən şəxsin ruhi problemləri var.
Faktla bağlı araşdırma başlanılıb.
COMMENTS