Samuxda yaşayış evində partlayış olub.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Ziyadlı kəndində baş verib.
Yaşayış evində baş verən partlayış nəticəsində 1937-ci il təvəllüdlü Sarıtel Ağayeva və onun nəvəsi, 1993-cü il təvəllüdlü Hüseyn yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir.
Partlayışın qaz sızmasından baş verdiyi qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.
COMMENTS