Sankt-Peterburq polisi 33 saylı şəhər avtobusunda baş vermiş insidentlə bağlı araşdırma aparır.
DOSYE.ORG Rusiya mediasına istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər avtomobillərə bir neçə dəfə atəş açıb.
Atəşin pnevmatik tapançadan açıldığı bildirilir. Hadisə nəticəsində sərnişinlər və yoldan keçənlər arasında xəsarət alan olmayıb. Amma avtobusun qapı və pəncərələrindəki şüşələr sındırılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxslərin kimliyini müəyyənləşdirir, araşdırmalar davam edir.
COMMENTS