Ermənistan prezidenti Serj Sarkisyan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Gerbert Zalber ilə İrəvanda keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə edib.
Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə atəşkəs rejiminin pozulması hallarının araşdırılmasının və etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.
Tərəflər qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur.
COMMENTS