Sarkozi gözlənilmədən Moskvaya getdi – “Həmişə Putinin dostu olmuşam”

Sarkozi gözlənilmədən Moskvaya getdi – “Həmişə Putinin dostu olmuşam”

Fransanın eks-prezidenti Nikolya Sarkozi gözlənilmədən Moskvaya səfər edib.

Dosye.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, prezidentin xüsusi nümayəndəsi Sergey İvanov və Rusiyanın birbaşa investisiya fondunun rəhbəri Kirill Dmitriyevlə görüşən keçmiş başçı prezident Vladimir Putini “dostu” adlandırıb:

“Siz burada yaşayırsınız, siz ruslar təsəvvür belə etmirsiniz ki, prestijiniz hansı səviyyədədir və imiciniz beynəlxalq arenada necə dəyişib. Rusiya yenidən qüdrətli dövlətə çevrilib və özünün beynəlxalq arenada yerini bilir. Sonda demək istəyirəm ki, mən həmişə Vladimir Putinin dostu olmuşam. Bu insanla fikir ayrılıqlarına baxmayaraq, danışmaq mümkündür”.

Dosye.org

COMMENTS