Saxta diplomlu rəqqas MÜHÜM DÖVLƏT QURUMUNDA… – Belə də olurmuş…

Saxta diplomlu rəqqas MÜHÜM DÖVLƏT QURUMUNDA… – Belə də olurmuş…

İqtisadi İnkişaf Naziriyinə birləşdirilən Dövlət Əmlak Xidmətinin kadrlar şöbəsinin müdürü rəqqas Şamo Mürşüdov özünəməxsus “peşəkar” kadr siyasəti aparır.

KanalS.az xəbər verir ki, bu barədə facebook istifadəçisi Kəmalə Kərimli paylaşım edib.

Paylaşımı olduğu kimi sizlərə təqdim edirik:

“Yəni atın qabaqına ət, itin qabaqına ot misalı kimi rəqqascasına “peşəkar” kadr siyasətinə uyğun olaraq savadlı kadrların ixtisarına start verib. Apardığım dəqiq araşdırmalara görə, 2001- ci ildə test imtahanından keçmədən Beynəlxalq Universtetin mədəni maarif fakultəsinə “qəbul olunan” və 2005 – ci ildə guya məzunu olduğu təhsil ocağından aldığı təhsil nazirliyində qeydiyyatdan keçməyən saxta diplom alan Şamo Mürşüdov hansı ali təhsilə malikdir ki, heç bir savadı olmadan Əmlak Məsələləri Dövlət Xidmətində kadrlar şöbəsində müdür vəzifəsini idarə edir?

Bir vaxtlar Fransa dövlətində oturub qalmaqallı iddialar səsləndirən hətta saxta diplom alverçisi kimi tanınan ABU-nun təsisçisi və sabiq rektoru Elsad Abdullayevin “məzunu” olan Şamo Mürşüdov vəzifəsini xələfi kimi icra edir.

Şamo Mürşudov Əmlak Məsələləri Dovlət Xidmətinə kadrlar şöbəsinə təyin olunan gündən peşəkar mütəxəsisləri kütləvi şəkildə ixtisar etməyə başlayıb. Yəni köhnə işçiləri ixtisar adı altında işdən kənarlaşdıraraq onların yerinə isə özünə uyğun qeyri mütəxəsislərdən ibarət komanda yığır.

Adama deyərlər əgər ixtisar aparirsan bəs yenidən niyə işci qəbul edirsən?

Gəlin görək “peşəkar” kadr siyasəti aparan rəqqasın işə qəbul etdiyi qeyri peşəkar mütəxəsislər ixtisasca hansi peşəni icra ediblər?

Şamo Mürşüdovun yeni kadrları qeyri mütəxəsis olaraq müxtəlif peşə sahibləri və orta məktəb müəllimlərindən ibarətdir. Ölkədə özəlləşmə siyasətini icra edən böyük dövlət xidmətini hansısa rəqqas idarə edərsə, vay bu millətin halına.

Əlaqədar dövlət qrumları hara baxır?

Bu necə idarəçilikdir?

Ölkədə savadlı mütəxəsislər işini itirir, yerinə isə rəqqas və onun səriştəsiz kadrları tutur.

Saxta diplomlu rəqqas MÜHÜM DÖVLƏT QURUMUNDA... - Belə də olurmuş... »  Regionxeberleri.com

Şamo Mürsudov kimi səriştəsizlərin kadr islahatı nəticəsində ölkədə minlərlə gənc savadlı kadrlardan ibarət işsizlər ordusu yaranıb.

Harada görünüb ki, öz işini idarə edə bilməyən, müxtəlif musiqi yarışmalarında klonluq edən, şoumen balerian öz kefinə uyğun peşəkar kadr siyasəti aparsın?”

Bütün bu suallara cavab tapmaq üçün qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…

DOSYE.ORG

COMMENTS