Top.Mail.Ru

Şehiçin çıxış etdiyi klubda koronavirus şoku – 11 nəfər

Şehiçin çıxış etdiyi klubda koronavirus şoku – 11 nəfər

Türkiyənin 1-ci liqasında mübarizə aparan “Erzurumspor”da 11 nəfər koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Testi müsbət çıxanlardan dördü futbolçu, biri məşqçidir. Digərləri isə klubda müxtəlif vəzifələrdə çalışırlar. Onların adları açıqlanmayıb.

Klubun yaydığı açıqlamada daha 12 nəfərin koronavirusa yoluxma şübhəsi olduğu bildirilib. Həmin şəxslərdən təkrar analizlər götürüləcək.

Qeyd edək ki, TFF 1-ci liqada 2019/20 mövsümünün iyunun 19-da bərpa edilməsi gözlənilir.

Xatırladaq ki, “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç də “Erzurumspor”da çıxış edir.

DOSYE.ORG

COMMENTS