Bu ölkədə turistlər üçün cinsi əlaqənin nə olduğu, necə edilməli olduğunu izah edən sayt fəaliyyətə başlayıb.
Dosye.org goldnews.Az xəbər verir ki, Almaniya Federal Tibb Təhsil Mərkəzi turistlərə Almaniyada seksin necə həyata keçirildiyini anlatmaq adına bu fəaliyyətin əsaslarının təşkil edildiyi internet saytı hazırlayıb.
Saytda seksin nə olduğu, insanların niyə sekslə məşğul olduğu və doğru şəkildə necə olması kimi məlumatlar verilir.
Bundan başqa, cinsi yolla yoluxan xəstəliklər və ölkədəki qanunlarla bağlı məlumatlar da verilir.
Alman, İngilis, Fransız, Türk və Ərəb dili də daxil olmaqla, 12 dildə xidmət göstərən saytda şəkilli izaha da yer verilib. Saytın ölkəyə gələn ərəb turistlərə ölkədəki seksuallıq anlayışını dərk etməsi və qadınların “hicablı olmadıqları zaman təcavüz et” mənasına gəlmədiyini izah etməyə çalışdığı ehtimal edilir.
Ancaq qurucuları saytın hədəf kütləsini yalnız turistlər kimi xarakterizə edir.
Dosye.org
COMMENTS