Sellofan torbada marixuana var idi

Sellofan torbada marixuana var idi

Dosye.org DİN Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı İmran Əliyev saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən İ.Əliyevin üzərinə keçirilən şəxsi baxış zamanı onun əlindəki sellofan torbada çəkisi 350 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS