Sensasiya: Rusiya Krımı geri verməyə hazırlaşır!

Sensasiya: Rusiya Krımı geri verməyə hazırlaşır!

Kremldə Krım yarımadası ilə bağlı geri addım atmağa hazırlaşırlar. Orada gizli sorğunun köməyi ilə yarımadanın ruslar üçün hansı məna kəsb etməsini öyrənmək niyyətindədirlər.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Mixail Şeytelman deyib.

O əlavə edib ki, Ukrayna Krımı azad edə bilsə, sorğu “yarımadanın geri qaytarılması üçün Ukrayna ilə müharibəni davam etdirmək lazımdırmı?” məzmununda aparılacaq:

“Onlar bunun artıq reallıq olmasından, bunun baş verə biləcəyindən və sonra nə etməli olduqlarından bəhs edirlər”.

Ekspertin sözlərinə görə, Kreml hələ də Ukraynaya qarşı müharibəni düzgün şəkildə necə bitirəcəyini bilmir və Rusiya rəhbərliyi bütün mümkün ssenariləri öyrənir.

COMMENTS