“Dnepr” klubunun baş məşqçisi Miron Markeviç komandasının Avropa Liqasının “pley-off” mərhələsinə çıxmaq şanslarını dəyərləndirib.
Qol.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, “Dnepr” və “Sent Etyen”in şanslarını bərabər qiymətləndirən təcrübəli mütəxəssis, “Qarabağ”ın qrupda qalacağını ehtimal edib:
“Bizim “İnter”lə səfər oyunumuz var. Ona görə də ilk növbədə bu oyuna yaxşı hazırlaşmalıyıq. Hər şeyə son turun oyunundan sonra aydınlıq gələcək. Məncə “Snent Etyen” öz meydanında “Qarabağ”a qaıib gələcək. Bununla da ikinci yer uğrunda mübarizə bizimlə “Sent Etyen” arasında gedəcək”.
COMMENTS