Separatçı ermənilərin torpağımızdakı seçkiləri  rüşvət qalmaqalıyla başladı…

Separatçı ermənilərin torpağımızdakı seçkiləri rüşvət qalmaqalıyla başladı…

Amma Qarabağda bizim MSK-nın nəzarəti altında qanuni seçkilər keçirilsəydi, belə hallar əsla baş verməzdi…

Məlum olduğu kimi, bu gün səhər saat 8-də işğal olunmuş Azərbaycan torpaqlarındakı separatçı-terrorçu rejimin “yerli idarəetmə orqanlarına” seçkiləri başlayıb.
Dosye.org Moderator.az-a istinadən xəbər verir ki, Ermənistan baş naziri N.Paşinyana yaxın erməni saytlarından birinin qondarma rejimin “polis”inə istinadla yazdığına görə, separatçıların seçkiləri rüşvət qalmaqalıyla start götürüb. Belə ki,  Xocalı rayonunun 1-ci Qarabağ savaşından gərgin döyüşlərlə məşhur olan “Naxçıvanik” adlandırılmış Naxçıvanlı kəndinin “bələdiyyə başçısı” seçilməyə hazırlaşan ermənilərdən biri hələ iyul ayında öz həmkəndlilərindən birinə ev bağışlayıb və üstəlik, 10 min dram verib ki, özü və qohum-əqrəbası ona səs versin. Həmin fakt yalnız dünən axşam saatlarında üzə çıxıb. Lakin rüşvət verən erməni namizəd barəsində hansısa tədbir görülməsi haqda məlumat verilməyib.
P.S. Amma Qarabağ öz əlimizdə olsaydı və orada bizim MSK-nın nəzarəti altında qanuni seçkilər keçirilsəydi, belə hallar əsla baş verməzdi…

COMMENTS