Dağlıq Qarabağ probleminin həlli yalnız siyasi-diplomatik müstəvidə, danışıqlar yolu ilə mümkündür.
Musavat.com-un erməni informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan prezidenti Serj Sərkisyan İrəvanda bu gün keçirilən “Ermənistan-diaspora” forumunda çıxışı zamanı deyib.
“Qarabağ probleminin ədalətli həlli bizim ümumi hədəfimizdir… Müharibə hələ bitməyib, o yalnız bizim “qələbəmizi” atəşkəs şəklində fiksə edib”, – deyə düşmən ölkənin başçısı qeyd edib.
Sərkisyan qondarma “erməni soyqırımı”nın yaxınlaşan 100 illiyi ilə bağlı diasporu, dünya ermənilərini daha fəal olmağa və “yubiley” faktından maksimim istifadə eləməyə çağırıb.
COMMENTS