“Serjik insan hüquqlarından dərs almayıb” – Azat Arsakyan

“Serjik insan hüquqlarından dərs almayıb” – Azat Arsakyan

“O sadəcə siyasi kürsüyə müqavva olaraq gətirilmiş radiotexnikdir”.

Dosye.org tert.am-a istinadən xəbər verir ki, bunu erməni politoloq Azat Arsakyan deyib. Arsakyan bildirib ki, Sarkisyanın işğalçı ölkəyə rəhbərlik etdiyi vaxtdan bəri 300 – dən çox insane siyasi baxışına görə ya həbs edilib, ya da işgəncələrə məruz qalıb:

“Bu insanın əməllərini görüncə fikrləşirsən ki, bu insan deyil. Ali təhsilli insan necə belə işgəncələrə rəvac verə bilər?! Hazırda 30-dan çox siyasi məhbus işgəncələrə məruz qalır. Görünür, Serjik insan hüquqlarından dərs almayıb. Qərb isə Rusiya ilə toqquşmamaq üçün Ermənistanda baş verənlərə göz yummaqdadır. Onun üçün erməni müxalifəti də Qərbdən üz çevirərək Rusiyaya meyllənib”.

COMMENTS