Azərbaycanlı futbolçu Sertan Taşkının çıxış etdiyi “Manisa” Türkiyə 1-ci liqasında 29-cu tur oyununu keçirib.
QOL.az xəbər verir ki, komanda səfərdə “Bandırmaspor”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Sertan Taşkın da bu matçda iştirak edib. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki, “Manisa” hazırda turnir cədvəlində 32 xalla 14-cü pillədə qərarlaşıb.
COMMENTS