Sevdadan Səmədə şok sözlər: “Qızın 4 dəfə ərə gedib, ayıbdır”

Dünən xalq artisti Səməd Səmədovun telekanallardan birində həmkarı Sevda Əliqızı barədə söylədiyi ”o, keçən il ərə gedib, xeyir duanı da mən vermişəm” sözləri cavabsız qalmayıb.

Ailem.az-ın lent.az-a istinadən xəbərinə görə, Sevda Əliqızı keçmiş duet ortağını “ağ yuyub, qara sərib”: “Bağla da ağzını! Bəsdir, qatıq-qatıq söhbətlər danışdın. Ayıb deyil?! Ümumiyyətlə mənim şəxsi həyatım barədə danışmağa sənə kim imkan verib? Kişiyə yaraşar ki, mənim ailə məsələmi danışır? O, dediyi sözlərə görə zəng edib məndən üzr istədi. Dedi ki, “bilmədim ki, canlı efirdir, yoxsa deməzdim”. O, danışdı, indi söhbət oğluma çatıb. İndi də oğlum evi dağıdır ki, bu nə söhbətdir?! Mən Səməd barədə çox şey danışa bilərəm. Duetdən qurtardın, indi keçdin şəxsi həyata? Sənin qızın 4 dəfə ərə gedib. Gör, heç nə vaxtsa ağzımı açıb deyirəm? Ayıbdır. Kimə ərə gedib? Almana, ingilisə, türkə gedib. Bu mənim nəyimə lazımdır? O, sənə aid olan bir şeydir. Səndən fərqli olaraq, mən efirdə sənlə və mənlə bağlı söhbətləri danışmışam. Vəssalam. Sən niyə mənim şəxsi həyatıma müdaxilə edirsən axı? Bu gündən artıq bu söhbəti bağladım. Bundan sonra heç kim məni Səmədə görə narahat eləməsin. Onun barəsində mənə sual verməyi qadağa edirəm”.

Qeyd edək ki, S.Səmədov ötən gün telekanalların birinə telefon bağlantısı yaradaraq bildirib ki, ayrıldığı 15 illik duet ortağı S.Əliqızı ailə həyatı qurub.

COMMENTS