VİRTUAL SEVGİ

Xəyallarda ehtiraslı bir ömür yaşayan, iki gəncin Romanı 

 

Birgün işə tələsirdim, yol keçmək istəyirdim, yolun qarşısında bir xanımla ,üz-üzə gəldim, ala gözləri, dümağ üzü var idi. Mən işə tələsirdim bir anlığa xanımın gözəlliyi məni heyran etdi, birqədər yol yerimişdim, bu xanımın düşünürdüm…
İşin sonuna çatmışdım, evə qayıdırdım, səhər gördüyüm xanımı yenidən görmək üçün, eyni yolu gəlirdim. Hava qaralmış, dumanlı, narın-narın yağış yağırdı, küçəmizin döngəsinə yaxınlaşırdım, həmin xanımla yenə qarşılaşdım, gözü-gözümün içinə baxırdı. Çox həyacanlı idim, bu qızı birqədərdən sonra tanıdım.
Hərbi xidmətdən yeni dönmüşdüm, iş tapıb işləmək istəyirdim, hər gün doslarıma mənə iş tapmaqlarını söyləyirdim, boş vaxtlarımda özümdə iş axtarırdım. Bir gün yaz aylrı idi evə dönürdüm, küçəmizin döngəsi dar küçə idi, bu qızla o, küçədə ilk dəfə üz-üzə, göz-gözə gəlmişdik. Bu xanıma sevgim o küçədən başladı, arxasınca düşdüm. Bir neçə gündən sonra onu sevdiyimi bildirdim. İkimizdə bir-birimizi dəlilər kimi sevdik, o tələbə idi, hər səhər onunla ali məktəbə gedib, ali məktəbdən ikimizdə geri qayıdardıq, sanki məndə tələbə idim. Bir dünyanın yükünü eyni çəkirdik, görüşürdük, gəzirdik, əylənirdik. Gözlərini zilləyirdi, gözlərimə, arzu edib danışırdı xəyallardan, özümüzü təsvir edib bir ailənin arasında, qayğı çəkib hiss edərdik, xəyal edib danışardıq, həm kövrəlib, həm gülərdik, bax beləcə sevişərdik. Universitetin qarşısında gözləyərdim, məni görüb bir anlığa gülüş qonardı yanağına, dolaşardıq küçələri, üz tutardıq bulvara biz, baxardıq dənizə, xəyal edib danışardıq körpəmizdən, narın yağış altında biz, bir qocalıb, bir ölərik, bir gün bura körpəmizlə gələcəyik. Ali məktəbi bitirdikdən sonra, yenə görüşüb zəngləşib, danışırdıq. Gecələr zəng edərdim, pıçıldaşıb xısın-xısın danışardıq, səhərin açılmasını səbirsizliklə gözləyərdik. Çox gözəl idi, cazibədar idi, amma bu gözəlliyi, cazibədarlığı sevən görə bilərdi, ətirlənib görüşümə gələrdi, mənə yaxınlaşana kimi, onun gözlərinə baxardım, soruşsaydım ki, xoşbəxtsən astaca hə deyib, gülümsünərdi.
Aprel ayı idi, telefonumuz zəng etdi, bildim ki, odur telefonun dəstəyini götürdüm.
Salam Azər… Salam Roza… Sənə sözüm var? Buyur de! Mən səninlə ayrılıram… Səbəbini de? Ailəm razı deyil səninlə ailə qurmağıma…Telefonun dəstəyini yerə qoydu!
Unuda bilmirdim bu sevgini.
Hər gün xatırlayırdım.
Küçəmizin döngəsində ROZA olurdu, ayaqında mənim evim…
Hərdən rastlaşardıq, baxışardıq…
Gizli ona zəng edərdim səsini eşitmək üçün…
İşə səhər gedəndə, pəncərələrinə boylanardım…
Pəncərənin arxasından mənə gizli baxmaqını xatırlayırdım…
Bu sevgim, xəyal kimi, sanki bu sevgini yaşamamışıq…
10 il sonar.
Qarşılaşmışdım səhər işə gedən də, üz-üzə gəldiyim qız, xatırladım bax bu qızı, həmin qızdır daha gözəlləşib, sanki mələk, bir güzgüdür, yuxularımda gördüyüm, sevişdiyim, ehtiraslı bir səsindən ötrü darıxdığım, Roza idi. Təsadüfü rastlaşdım qayıdanda, axşam çağı, narın-narın yağan yağış, göz yaşıymış sevgimizin, dar küçənin döngəsində, tanış gəldi həmin baxış, itirmişdi özün küçə, boşalmışdı yox olmuşdu. Bir anlığa ötənləri xatırladıq, biz danışdıq ötənlərdən, sanki heçnə olmamışdır. Xəyalımda onun səsini eşidəndə gözlərimə sevinc, bədənimə hərarət gəlirdi. Qarşılaşdığımız küçəmizin döngəsində, sevinirdi özüdə, ürəyi döyünürdü, nəisə demək istəyirdi qorxurdu. Bir qədər danışdıqdan sonra qərara gəldik, görüşək sabah. Sabahın açılmasını səbirsizliklə gözləyirdim, görüş vaxtımızı 12-də idi. Səhərə yaxın idi, yatağımdan durdum, bəzənib görüşə getməyə hazırlaşırdım. Saki yeni dünyaya gələn insan kimi heçbir dərdim yox idi, çox həyacanlı idim.
Saat 11-45 göstərirdi.
Telefonumuz zeng etdi, dəstəyi götürdüm…
Salam Azər, Rozadır…
Gözlüyürəm səni…
Yadından çıxmayıb, görüşməliyik 12- də.
Yox çıxmayıb, 12- də gələcəm.
Evimizdən çıxıb görüşə gedirdim, nədənisə Roza fikirini dəyişmişdir, məni evlərinə çağırdı. Bu çağırış ürəyimin səsi idi, evlərinə yaxınlaşdım, qapını döydüm, qapının səsi ilə ürəyimin səsi eyni döyünürdü, astaca ehtiraslı səsi ilə, kimdir gələn? Mənəm Azər. Qapını açıdı, inanmırdım sanki yuxuda idim, bəzənmişdir, ətirliydi, xoş gəlibsən buyur içəri…
Heç bir söz demədən evə daxil oldum, mənə çay süzdü, söhbət etdik ötənlərdən. Bir qədərdən sonra, yataq otağına keçdi, nədənsə bu görüşü yuxu kimi düşünürdüm. Yataq otağına bir neçə dəqiqə olardı keçməsi, ondan heçbir xəbər yox idi. Mən Rozanın arxasınca yataq otağına keçdim. Roza ağ gəlinlik geyinmişdir. Çox həyacanlı idim, bu günü xəyalıma gətirirdim, inanmırdım bu xəyal həqiqətə çevrilər. Əllərimi sinəsinə, dodaqlarım, dodaqlarına dəydikcə, dahada ehtiraslanır, titrəyirdi ürəyi. Sanki yaşadığı bu ehtiras hissləri, həmişə arzuladğı bir dünyaya aparmışdı Rozanı. Hiss edirdim ki, o da mənim kimi, ayrılığın acılarını yaşayıbdır. Öpüşlərim Rozanın yataqda səpələnmiş saçlarına, toxunduqca, ehtirası artır, əlləri ilə, başımı sığallayardı. Sanki bu görüş, bu ehtiras, bizi gələcək körpələmizin, əllərindən tutmağa nail oldu. Bu gün Roza ana bətnində körpə daşıyır. Bu körpə Rozanın həyatını sevincidir… Ardı var

Azər ELÇİBƏYLİ

COMMENTS