“Sevilya” Avropa Liqasının qalibidir!

“Sevilya” Avropa Liqasının qalibidir!

Bu gün Avropa Liqasında 2014/2015 mövsümünün qalibi bəlli olub.

Qol.Az-ın məlumatına görə, final matçında “Dnepr” (Ukrayna) və “Sevilya” (İspaniya) klubları üz-üzə gəlib.

Avropa Liqasının son qalibi olan Sevilya təmsilçisi titulunu qorumaq istəyində idi. “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Dnepr” isə tarixində ilk dəfə idi ki, final həyəcanı yaşayırdı.

Gərgin və maralqı keçən görüş “Sevilya”nın qələbəsi ilə başa çatıb – 3:2.
Beləliklə, İspaniya klubu ardıcıl ikinci dəfə Avropa Liqasının qalibi olub.

Xatırladaq ki, Dnepropetrovski klubu Bakıda keçirilən “Qarabağ” – “İnter” matçında hakimin kobud səhvi nəticəsində qrupdan çıxıb. Ağdam klubunun təmiz qolunun sayılmaması sayəsində “pley-off”a təmsilçimiz deyil, “Dnepr” yüksəldi.

COMMENTS