Sevindik Hətəmov prezidenti aldatdı

Sevindik Hətəmov prezidenti aldatdı

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Salyan rayonuna səfər edib. Səfər çərçivəsində o, dörd yeni obyektin açılışında iştirak edib.

Həmin obyektlərin sırasına Salyan şəhərini ikiyə bölən Kür çayı üzərindən Babazanlı yaşayış massivi ilə birləşdirən körpü, Salyan rayon Tarix və Diyarşünaslıq muzeyi, Hacıqabuldan Salyan şəhərinə gələn içməli su xətti və Ələt – Astara magistral yolunun Salyan rayonundan keçən 23 km- lik hissəsi daxil idi.

Salyan sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, həmin obyektlərdən ikisi – yuxarıda adı çəkilən körpü və Hacıqabuldan Salyan şəhərinə daxil olan içməli su xətti 2 ildən artıq müddətdir ki, istifadəyə verilib.

Salyan rayon Tarix və Diyarşünaslıq muzeyinin və fəaliyyət göstərdiyi binanın yaşı haradasa, Salyan rayonunun yaşına bərabərdir.

Prezidentin açılışını etdiyi obyektlər içərisində yeganə təzə olanı Ələt – Astara magistral yolunun Salyan rayonundan keçən hissəsi olub.

Bu isə onu göstərir ki, Salyan rayon icra başçısı Sevindik Hətəmov prezident İlham Əliyevi aldadıb. Bu yalanın nə qədər çəkəcəyi isə yaxın zamanlarda məlum olacaq. Əlbəttə bir gün yalançının evinin yandığı gün gələcək. Bax, onda inanan olacaqmı?

Dosye.org

COMMENTS