Top.Mail.Ru

Sevindik Hətəmovun Salyanda tender əməliyyatları – RƏQƏMLƏR

Sevindik Hətəmovun Salyanda tender əməliyyatları – RƏQƏMLƏR

Bu gün Azərbaycanda əksəriyyət tender deyəndə elə başa düşür ki, bu işdə rayon icra başçısı, rayon maliyyə idarəsi müdiri “sudan duru, aydan arıdır”. Amma heç də elə deyil.

Tenderlər bir başa icra başçısı ilə ona yaxın olan maliyyə idarəsi müdirinin konkret razılığı ilə həyata keçirilir. Bir çox rayonlarda olduğu kimi Salyanda da tenderdə kimin iştirak etməsindən tutmuş, məbləğin nə qədər olacağına kimi icra başçısı müəyyənləşdirir. Rayondan cumhuriyyet.az-a daxil olan məlumata görə, Salyan rayonunda Maliyyə Nazirliyi tərəfindən yoxlama aparılmış, ayrılan 7 milyon manatın araşdırması zamanı vəsaitin 50% nin mənimsənilməsi aşkarlanmışdır.Xeyli xahişlərdən sonra 1 milyon mənimsənilmə yazılmışdır. Ən gülünc hal isə Sabirabad inşaat MMC-nin Salyan rayonunda bayram tədbirlərinin keçirilməsinə 46 000 manat vəsait ödənməsidir. Salyanda tədbir keçirən İcra hakimiyyəti rayonda inşaat şirkəti tapmayıb Sabirabaddan şirkət dəvət edib. Əcaba, inşşaat şirkəti necə mütəxəsisləşib bayram tədbirləri keçirilməsini təşkil edib. Bir il ərzində Salyanda aparılan tender işləri ilə bağlı cumhuriyyet.az-a daxil olan rəqəmləri olduğu kimi diqqətinizə …

1 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi İlkin-N MMC Təmir tikinti işləri üçün tikinti materiallarının satın alınması 271817.42 AZN 2018

2 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi İlkin-N MMC Nasos və elektrik avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması 199684 AZN 2018

3 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi İlkin-N MMC Elektrik mühərriklərinin əsaslı təmiri işlərinin satın alınması 40369 AZN 2018

4 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi İlkin-N MMC Kommunikasiya işlərinin satın alınması 10057.28 AZN 2018

5 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi İlkin-N MMC Avtomaşınların ehtiyat hissələrinin satın alınması 19663 AZN 2018

6 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi İlkin-N MMC Mexanizmlərin ehtiyat hissələrinin satın alınması 130089.4 AZN 2018

7 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Təmir Quraşdırma Təchizat MMC Təmir işləri üçün tikinti materiallarının satın alınması 120315 AZN 2018

8 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi İlkin-N MMC Mexanizmlərin ehtiyat hissələrinin satın alınması 85484.6 AZN 2018

9 Maliyyə Nazirliyi Salyan Rayonu üzrə Maliyyə İdarəsi Nat Corp MMC İdarənin inzibati binasında yanğın xəbəredici sisteminin quraşdırılması zamanı tələb olunan materialların və işlərin satın alınması 7998.04 AZN 2017
10 Maliyyə Nazirliyi Salyan Rayonu üzrə Maliyyə İdarəsi Yunisli LTD MMC Bərk inventarların satın alınması 6800 AZN 2017

İlkin N MMC şirkəti isə o qədər unuversal şirkətdir ki,bütün rayonunun bütün idarə və müəssisələrin işlərini görür.Bu İlkin N cumhuriyyet.az-a daxil olan məlumata görə Hacı Qurbana məxsusdur. O isə sadəcə sənədləşmə işlərini görüb pulu nağdlaşdırmaqla vəsaiti tamlıqla rayon rəhbərliyinə təhvil verir. Öz dili ilə desək başqa işlər onluq deyil. Sevindik müəllim rayonda çəkilmiş asvalt örtüyünü təkrar yazmaqdan yorulmur ki,yorulmur…

DOSYE.ORG

COMMENTS