Şeydayev üçün polşalı məşqçi

Şeydayev üçün polşalı məşqçi

Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Dinamo” yeni baş məşqçi axtarışlarını davam etdirir.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, Polşanın U-21 millisinin baş məşqçisi Çeslav Mixneviç Moskva təmsilçisinin yeni baş məşqçi vəzifəsinə namizədlərdən biridir.

Qeyd edək ki, Polşanın U-21 millisi Avro-2021-in seçmə mərhələsində 10 xalla qrup lideridir.

Xatırladaq ki, “Dinamo” 12 turdan sonra 10 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb. Klub rəhbərliyi komandanın Rusiya Premyer Liqasında uğursuz çıxışı səbəbindən Dmitri Xoxlovu istefaya göndərib. Komandanı müvəqqəti olaraq Kiril Novikov çalışdırır.

DOSYE.ORG

 

COMMENTS