Seyran Ohanyan Azərbaycan sərhədində

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş rayonuna gəlib və buradakı müdafiə məntəqəsinə və hərbi hissənin poliqonuna baş çəkib.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, S.Ohanyan həmin hərbi hissədəki vəziyyətlə və əsgərlərin sərəncamındakı silahlarla tanış olub. Nazirə düşməni təyin etməyə imkan verən yeni avadanlıqlar nümayiş etdirilib.

Seyran Ohanyan həmçinin cəbhə xəttinə yaxın ərazilərdəki poliqonda keçirilən nümunəvi təlimləri də müşahidə edib.

COMMENTS