Şabranda dövlət bayrağına qarşı hörmətsizlik

Şabranda dövlət bayrağına qarşı hörmətsizlik

Göstərdiyimiz mənzərə ciddi səhv yox, əslində ayıbdır. Dünyanın heç bir ölkəsində dövlətinin bayrağını tərs formada dalğalandıran birinə rast gəlməzsiniz.

 

Təəssüf ki, Azərbaycanda hələ də bayrağını tanımayan, ona hörmət etməyən şəxslər var. Gördüyünüz şəkildə Azərbaycanın dövlət bayrağı Şabran rayonunun şimal girişində tərs formada dalğalanır. Oxucuların milli.az-a göndərdikləri biabırçı mənzərə Bakı-Quba yolunun 140-cı kilometrliyindədir. Şabran rayonu ərazisində yerləşən lövhədə Azərbaycan bayrağı tərsinə asılıb. Şabran Rayon İcra Hakimiyyətindən sayta bildirilib ki, həqiqətən də belə bir səhv olub və artıq aradan qaldırılıb.

Qafqaz Xəbər Agentliyi(Legion.az)

COMMENTS