Şəmkirdə məmur iki nəfəri qanına qəltan etdi-ŞOK

Nazim Məlikov Şəmkirin icra başçısının yaxın adamı kimi tanınır

 

Bolgexeber.com-a daxil olan məlumata görə bıçaqlanma hadisəsi baş verib.Belə ki, Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikov dünən axşam saatlarında qaynını və Düyərli kənd bələdiyyəsinin sədrinin müavini Zakir Tağıyevi bıçaqlayıb.Bıçaqlananlar Şəmkir rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Hadisənin nə səbəbdən baş verməsi və bıçaqlanılanların vəziyyəti bəlli deyil. Xatırladaq ki, Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikovun adı dəfələrlə müxtəlif qalmaqallarda hallanıb və mətbuatda bu haqda çoxlu sayda yazılar gedib.Şəmkir rayon Polis Şöbəsi ilə əlaqə saxlayan Bolgexeber.com-un əməkdaşına faktı təsdiqləsələr də , hadisə haqda başqa məlumat vermək istəmədilər .Qeyd edək ki,hadisəni törədən Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikov Şəmkirin icra başçısının yaxın adamı kimi tanınır.Məsələ ilə bağlı daha ətraflı məlumat əldə etməyə çalışacağıq.
Bolgexeber.com

COMMENTS