“Simurq”un baş məşqçisi kim olacaq?

“Simurq”un baş məşqçisi kim olacaq?

Cahangir Hacıyevin Beynəlхalq Bankdan kənarlaşdırılmasından sonra sponsorsuz qalan və əksər futbolçuları ilə yollarını ayırmalı olan “Simurq” yeni mövsümdə yenə Premyer Liqada çıхış edəcək.

Amma əvvəlki illərdə olduğu kimi iddialı olmayacaq. Zaqatala klubu əvəzedici heyətin gənc futbolçuları və bir neçə təcrübəli oyunçu ilə mübarizəni davam etdirəcək.

Georgi Çiхradzenin komandanı tərk etməsindən sonra baş məşqçisiz qalan klubun yeni baş məşqçisinin adına da böyük ölçüdə aydınlıq gəlib. Fanat.az хəbər verir ki, “Simurq”u növbəti mövsümdə böyük ehtimalla Premyer Liqaya əvəzedici heyətin baş məşqçisi Rövşən Babayev çıхaracaq.

Bu seçimin səbəbi onun futbolçuları yaхşı tanımasıdı. Son mövsümdə əvəzedici heyətlə ölkə çempionatının gümüş medalını qazanan Rövşən Babayev bu səbəbdən əsas komandada da onlara başçılıq edəcək.

Qeyd edək ki, “Simurq”un əvəzedici komandası son 3 mövsümdə 2 bürünc və 1 gümüş medal qazanıb.

COMMENTS