Sinəsini böyüdən qadın: “Yenə edəcəyəm”

“Avstraliyanın ən böyük sinəli qadını sayılıram. Bununla kifayətlənmək niyyətində deyiləm. Sinəmin ölçülərini daha da böyütmək üçün növbəti dəfə plastik cərrahiyyə əməliyyatına məruz qalmaq niyyətindəyəm. Həkimlər mənə məsləhət bilməsələr də, fikrimdən dönən deyiləm”.

 

Avstraliyanın Sidney şəhərində yaşayan 23 yaşlı Sara Meri Sammer sinəsinin ölçülərini böyütmək üçün indiyədək üç dəfə plastik cərrahiyyə əməliyyatına məruz qalıb.

Dosye.org Asia Times-a istinadən bildirir ki, Saranın sözlərinə görə, sinəsinin ölçülərini böyüdəndən sonra bir neçə fotosessiyaya dəvət alıb. Üstəlik, onun sosial şəbəkələrdəki profillərinin daimi təqibçilərinin sayı sürətlə artıb.

“Bəli, axmaq görünmək, böyük sinəyə malik olmaq istəyirəm. İnsanlar mənə baxanda gülümsəyirlər, mən də sevinirəm”, – Sara Meri deyib.
Sara sinəsinin ölçülərinin böyüdülməsi ilə bağlı ilk əməliyyata Yeni Zelandiyada, 17 yaşı olanda məruz qalıb. Həmin əməliyyat üçün 13 min dollar ödənmişdi.

Fəqət, Sara sonuclardan narazı qaldığı üçün ötən ilin iyul ayında yenidən əməliyyat olunub.

COMMENTS