Siraqəddin Cabbarov rayonda su manapoliyasını necə həyata keçirir?

Saatlı RİH başçısı Siraqəddin Cabbarov xüsusi artezanlar qazdıraraq suyunu əhaliyə satır

 

Saatlı Azərbaycanın iri kənd təsərrüfatı rayonlarından biridir. Burada həm əkinçilik, həm də maldarlıq tarixən inkişaf etdiyindən respublikanın kənd təsərrüfatı məhsullarıyla təminatı məsələsində Saatlının hər zaman xüsusi çəkisi olub.

 

Amma indi saatlılar kənd təsərrüfatı məhsulları becərmək üçün ciddi su qıtlığı ilə üz-üzədir. XALQ.AZ-a məlumatlandıran mənbənin sölərinə görə rayon rəhbərliyi isə problemin həllini aramaq əvəzinə bu problemdən qazanmaq sevdasına düşüblər.

 

Su biznesinin kifayət qədər gəlir gətirə biləcəyini nəzərə alan icra başçısı Siraqəddin Cabbarov yeni bir “icad”a imza atıb. Belə ki, o rayon, və kənd ərazisində xüsusi artezanlar qazdıraraq həmin artezanın suyunu yerli sakinlərə satmaqla məşğuldur.

 

Apardığımız kiçik araşdırma zamanı onu da öyrənə bildik ki, icra başçısına qazanc verən həmin “xüsusi artezanlar” əslində “rayonda görülmüş işlər siyahısına” salınaraq yuxarılara təqdim olunub. Necə deyərlər, Siraqəddin Cabbarov bununla da “bir gülləylə iki dovşan vurmağı” bacarıb.

 

Bir yandan özü haqda “işləyən icra başçısı” imicini yaradır, digər tərəfdən isə həmin artezanlar ona küllü miqdarda xeyir gətirir. Bu istiqamətdəki araşdırmalarımız davam edir.

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq

COMMENTS