“Star TV”də yeni mövsümdə seriala çəkiləcəyi deyilən müğənni-aktyor Əmrahın üzünə “Pastel Film” şirkəti də qapılarını bağlayıb.
Axşam.az-ın “acunn.com”a istinadən xəbərinə görə, bundan əvvəl “Unutamadım” adlı seriala çəkiləcəyini deyən sənətçi prodüser Faruk Turqutla dalaşmış və layihə təxirə düşmüşdü.
Telekanal rəhbərliyi “Pastel Film” şirkətindən Əmrah üçün serial çəkmələrini istəyib. Prodakşının rəhbəri Yaşar İrvül aktyorun problemli biri olduğunu deyərək, onunla çalışmaqdan imtina edib.
Qeyd edək ki, prodüser Faruk Turqut münasibətinin pis olduğu sənətçinin ssenariyə müdaxilələri və istəkləri üzündən serialın çəkilişlərini dayandırdığını bildirmişdi.
COMMENTS